Dərc edilib: 25-06-2020

https://www.nuh.az/24771-.html

Prezident Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verdi

25.06.2020 16:30:26

Günün sitatı

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi.

 

 

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, polkovnik Ramil Əlimran oğlu Əsgərov general-mayor rütbəsi ilə təltif olunub.

 

Hazırda Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində xidmət edən Ramil Əsgərov, daha əvvəl Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi əvəzi vəzifəsini icra edib. /Demokrat.az

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib