Dərc edilib: 25-06-2020

https://www.nuh.az/24772-.html

Putinin “ruhunu qovan” Yakut şaman siyasi məhbus elan edildi

25.06.2020 20:22:14

LIVE

Memorial İnsan Haqları Mərkəzi Yakut şamanı Aleksandr Qabışev bu anlayışı təyin edən beynəlxalq rəhbərlik tərəfindən siyasi məhbus olaraq tanınıb. 

Qaynarinfo bu haqda "Dojd”a istinadla xəbər verir. Mərkəzin məlumatında deyilir ki, şaman sırf siyasi və dini inancına görə və habelə hərəkət, dinc toplaşma, vicdan və din azadlığını qeyri-zorakı şəkildə reallaşdırdığı üçün həbs edilib.
Hüquq müdafiəçiləri hökuməti Qabışevi sərbəst buraxmağa və sağlamlığını bərpa etməyə çağırıblar.
Xatırladaq ki, may ayında hüquq-mühafizə orqanlarının əməkdaşları şamanın evinə basqın edərək onu ruhi xəstəxanaya göndərmişdilər. Tibbi idarə heyəti şamanı özü və başqaları üçün təhlükəli hesab etmiş, ruhi dispanser isə onun dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı iyulun 2-də baxılacaq iddia qaldırmışdı. O, iyunun 9-da həbs edilərək Rostokin təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, Aleksandr Qabışev Moskvaya "Vladimir Putinin ruhunu qovmaq" məqsədi ilə yürüşə başlayandan sonra məşhurlaşıb.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib