Dərc edilib: 25-06-2020

https://www.nuh.az/24773-.html

Deputat oğlu rəisin qardaşı oğlunu güllələdi ŞOK

25.06.2020 22:39:43

LIVE

Deputatının oğlu şəhər sakinini güllələdiyi üçün axtarışa verildi.

Bizimxeber.az-ın məlumatına əsasən,  bu barədə iyunun 25-də "Komsomolskaya pravda" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Hadisə iyunun 23-də Mahaçqalada Akuşinski küçəsində baş verib. Avtomobillərlə gələn bir qrup gənc 27 yaşlı yerli sakinlə mübahisə edib. Mübahisə zamanı  iştirakçılarından biri tapança çıxararaq həmin gənci güllələyib.

Nəşrin yazdığına görə, güllə açan şəxs - Dağıstanın Milli Məclisin deputatı Surakat Asiyatilovun oğlu olub. Qətlə yetirilən isə - Federal Avtomobil Yolları İdarəsi Dağıstan filialının keçmiş rəisinin qardaşı oğlu Abdulbasir Ömərov olub.

Münaqişənin digər iştirakçıları da deputat övladları olub. Hazırda onların hamısı axtarılır. 

Faktla bağlı "silahların qanunsuz dövriyyəsi" və "qətl"maddələri ilə cinayət işi başlanılıb.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib