Dərc edilib: 26-06-2020

https://www.nuh.az/24779-.html

Azərbaycanda kimlər general-polkovnikdir? - Siyahı

26.06.2020 13:22:29

Maqazin

 

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.


“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 20-yə çatıb. Bundan əvvəl isə, 19 məmura general-polkovnik rütbəsi verilib. 

Sözügedən rütbəylə təltif edilən şəxslərin  adlarını təqdim edirik:

 

1. Zakir Həsənov - Müdafiə naziri, ali hərbi rütbə

 

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ali hərbi rütbə

 

3. Ramil Usubov – Eks Daxili İşlər naziri,  Prezident yanında Təhlükəsizlik Şurasının katibi, ali hərbi rütbə

 

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri, ali hərbi rütbə

 

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, ali hərbi rütbə

 

6. Vaqif Axundov -  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, ali hərbi rütbə

 

7. Bəylər Eyyubov - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, ali hərbi rütbə

 

8. Namiq Abbasov - Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə

 

9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri, ali hərbi rütbə

 

10. Eldar Mahmudov - sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə

 

11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı), ali hərbi rütbə

 

12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri, ali xüsusi rütbə

 

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

 

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

 

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik), ali xüsusi rütbə

 

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri, ali hərbi rütbə

 

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri, ali xüsusi rütbə

 

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini, ali hərbi rütbə

 

19. Vilayət Eyvazov - Daxili İşlər naziri, ali hərbi rütbə

 

20. Məhərrəm Əliyev - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, ali hərbi rütbə

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib