Dərc edilib: 26-06-2020

https://www.nuh.az/24784-.html

Prezident Aparatının 8 əməkdaşı koronavirusa yoluxdu

26.06.2020 19:26:01

Maraqlı

Qırğızıstan Prezident Aparatının 8 əməkdaşında koronavirus (COVID-19) aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı Sooronbay Jeenbekovun rəhbərliyi ilə Moskvaya səfər edən nümayəndə heyətinin iki üzvündə - Aparatın xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlandıqdan sonra Bişkekdə Prezident Aparatının bütün əməkdaşları test veriblər.

Virusa yoluxan 8 əməkdaş ev şəraitində müalicə ediləcək. Aparatın digər əməkdaşları isə onlayn qaydada işləyəcəklər.

Qeyd edək ki, Qırğızıstanda son sutkada 250 nəfər virusa yoluxub və xəstələrin sayı 4204-ə çatıb. COVID-19-a yoluxanlardan 43-ü ölüb, 2162-si sağalıb, 1999 xəstənin müalicəsi davam edir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib