Dərc edilib: 27-06-2020

https://www.nuh.az/24788-.html

Ənvər Paşa razı deyildi, Rəsulzadə israr etdi ki... – Video

27.06.2020 00:07:26

Hadisə

Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin budəfəki buraxılışında da tarixçi-alim Vasif Qafarov qonaq olub.


Kult.az xəbər verir ki, buna səbəb ötən həftə yayımlanan verilişdə Vasif Qafarovun Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi fikirlərin böyük rezonans yaratmasıdır.

Vasif Qafarov barəsində təhqir və tənqid səsləndirənlərə cavab olaraq, bu dəfə də fikirlərində israr edib və tarixi faktlardan danışaraq, Rəsulzadə və Hacınskinin Tələt və Ənvər paşaların erməni dövlətinin yaranmaması barədə mövqelərinə qarşı getdiklərini bildirib.

"Rəsulzadə və Hacınski Osmanlı paşalarına məktub yazaraq, Qafqazda 3 dövlət yerinə iki dövlət (Azərbaycan və Gürcüstan) yaradılmasına qarşı çıxdıqlarını, ermənilərə dövlət yaradılmasının vacibliyini bildiriblər və buna görə ermənilərə torpaq güzəştə getməyə hazır olduqlarını qeyd ediblər", - V.Qafarov bildirib.

V.Qafarovun heç də birmənalı qarşılanmayacaq budəfəki çıxışını da təqdim edirik:

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib