Dərc edilib: 28-06-2020

https://www.nuh.az/24805-.html

Putin Nazarbayevdən başqa prezidentlərin anasını söyür

28.06.2020 12:24:00

Region

Xaqani  Ceferli yazı  r  

 

Saakaşvili: “Putin prezidentlərin … söyür”

 

Gürcüstanın sabiq prezidenti, hazırda Ukrayna İslahat Milli Şurası İcrayə Komitəsinin rəhbəri olan Mixail Saakaşvilinin ukraynalı jurnalist Dmitri Qordona müsahibəsini izlədim. Ukraynanın ən nüfuzlu jurnalistlərindən olan Dmitri Qordonun “Qodonun müsafirliyində” adlı youtebe kanalı postsovet məkanında üç ən məşhur youtebe kanalından biridir.

 

Postosvet məkanında əsas islahatçı kimi tanınan Mixail Saakaşvili müsahibəsində Gürcüstanda hakimiyyətdə olduğu dövrdə həyata keçirilən islahatlardan, xüsusilə də məmurların lüstrasiya edilməsi ilə bağlı maraqlı məqamlardan danışır. Gürcüstanda həyata keçirilən islahatlar haqqında az-çox məlumatlı olsam da, Saakaşvilinin açıqladığı bəzi məqamlar mənim üçün çox maraqlı oldu. Məsələn, Gürcüstanda 1600 nəfər gömrük əməkdaşının cinayət məsuliyyətinə cəlb edilərək, həbs edilməsi haqqında məlumat məni də təəccübləndirdi.

Gürcüstanın sabiq prezidentinin ən maraqlı açıqlamasından biri də Putinin Müstəqil Dövlətlər Birliyinin başçıları ilə davanışı ilə bağlı idi. Saakaşvili bildirir ki, Putin Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev istisna olmaqla MDB-yə daxil olan ölkələrin dövlət başçılarının analarını söyməkdən çəkinmirdi. Gürcüstanın sabiq prezidentini onu da bildirir ki, Putin onunla görüşə gələn dövlət başçıları ilə diplomatik danışıqlar aparmaq əvəzinə qarşısındakı “verbovka” etməyə çalışır.

İki prezidentlik müddətində Gürcüstanı postsovet respublikasından dünyada hər kəsin hörmət etdiyi milli dövlətə çevirməyi bacaran Mixail Saakaşvilinin Dmitri Qordona müsahibəsini Azərbaycanda siyasətlə məşğul olan hər kəsin izləməsini çox istərdim. Buna görə müsahibənin linkini şərh bölümünə əlavə edirəm.

 

  

  

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib