Dərc edilib: 28-06-2020

https://www.nuh.az/24806-.html

Bu dəfə Kür Xəzərə deyil, Xəzər Kürə axdı - FOTO

28.06.2020 13:36:30

Hadisə

Neftçalada Kür çayının səviyyəsi təhlükəli həddə aşağı enib. 

Bu barədə rayon sakinləri Arqument.az-a məlumat veriblər.
Onların sözlərinə görə, Xəzər dənizinin duzlu - şor suyu axınla yuxarı doğru 60 km gedib. 
Rayon sakini Samit Əliyev Arqument.az -a deyib ki, kənd və qəsəbələrdə içməli su yoxdur: "Əkin sahələri, yaşıllıqlar susuzluqdan əziyyət çəkir".
"Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu da Kür çayı ilə bağlı sosial şəbəkədə fotogörüntü paylaşıb.
O yazıb: "Bu fotonu Kür çayının üstündə körpüdən çəkirəm. Bu çayı bu qədər tükənən görməmişdim. Xəzərin duzlu suları 60 km Kürə girib. İndi Kür tam qurumalıdır ki, rəsmilər hərəkətə gəlsin?!"
Rayon sakini Nahid Quliyev isə arqument.az-a deyib ki, dövlət qurumları məsələyə ciddi yanaşmasa, Neftçalada ciddi ekoloji böhran yaşana bilər. 
 
Neftçala Rayon İcra Hakimiyyəti isə mövcud problemi şərh etmək istəməyib. 
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib