Dərc edilib: 29-06-2020

https://www.nuh.az/24815-.html

"İsa peyğəmbər ağdərili olmayıb" – İngilis kilsəsinin rəhbəri

29.06.2020 10:02:15

Maraqlı

Artıq Amerika və Avropa mətbuatında belə bir fikir dolaşmaqdadır ki, dünyanın bütün insanları qara irq qarşısında tövbə edib "mənim dərim qaradır" söyləməyənə qədər ABŞ-da ağdərili polisin qaradərili vətəndaşı öldürməsinə etiraz olaraq başlanan kütləvi aksiyalar səngiməyəcək. Böyük Britaniyanın dini lideri arxiyepiskop Castin Uelbi isə həmin aksiyaçıları İsa peyğəmbərin dərisinin rəngi haqda dedikləri ilə sakitləşdirməyə çalışıb.

Moderator.az-ın məlumatına görə, ingilis kilsəsinin rəhbəri Castin Uelbi öz Twitter səhifəsində İsa Məsihin ağdərili olmadığı barədə paylaşım edib. Castin Uelbi deyib ki, xristianların əksərinin Həzrət İsanı ağdərili adam kimi təsəvvür etməsi, əslində, zaman-zaman dini mövzularda çəkilən rəsmlərin təsirinin nəticəsidir. İngilis kilsəsinin rəhbəri xaçpərəstləri rəssamların təsvirlərinə uymamağa səsləyib və belə yazıb: "İsa Yaxın Şərqdə yaşayıb. O, ağdərili olmayıb. Biz bunu hər zaman, hər gün xatırlamalıyıq. Bu çox vacibdir". 
Qeyd edək ki, arxiyepiskopun bu açıqlamasından az əvvəl keçmiş pastor,  "Black Lives Matter" hərəkatının fəalı Şon Kinq Həzrət İsanı avropalı kimi təsvir edən bütün heykəllərin götürülməsini təklif etmişdi. Bir neçə il öncə isə Amerikanın bəzi din xadimləri və teoloqları yəhudilərin xilaskarı Musa peyğəmbərin zənci, hətta həbəşi olması ehtimalının çox ağlabatan olduğunu söyləmişdilər.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib