Qubada sürücü sükan arxasında qıc oldu və zəncirvari qəza
Bu gün saat 12-00 radələrində Qubada ağır yol qəza hadisəsi baş verib.
NUH.az-a rayondakı mənbədən daxil olan məlumata görə, Rance Rover markalı avtomobilin sürücüsünün qıcolması nəticəsində sürücü idarəetməni itirib və QAZel markalı avtomobillə toqquşub. Nəticədə yolda zəncirvari qəza baş verib və daha 6 maşın əzilib.