Dərc edilib: 29-06-2020

https://www.nuh.az/24826-.html

Lukaşenko: “Hazırda Belarusun dağılmaq təhlükəsi var...”

29.06.2020 22:03:42

Region

Belarus bəzi ərazilərini itirmək və 1921-ci il sərhədlərinə qayıtmaq təhlükəsi ilə üz-üzədir. 

Qaynarinfo xəbər verir ki, bu xəbərdarlıq nitqiylə ölkə prezidenti Aleksandr Lukaşenko Minsk vilayətinin fəallarıyla qapalı görüşü zamanı çıxış edib.
O, 1921-ci ildə bir sıra Belərus torpaqlarının Qərbə, Polşaya verildiyini, şərq sərhədlərindən isə bir qədər də Rusiya ilə torpaq mübadiləsi aparıldığını qeyd edib. 1939-cu ildə isə Belorusiya SSR-in sərhədi Minsk yaxınlığından keçib.
Lukaşenko əlavə edib ki, əgər həmin ilin payızında Qırmızı Ordu Polşanın tərkibində olan Qərbi Belarusu ilhaq etməsəydi, indi bu dövlətin sərhədləri fərqli olardı.
"Baxın, mən indi yenə də belə olmasını istəmirəm (1921-ci il vəziyyəti - red.). Buna görə də yaxşıca düşünün. Düşünü ki, hansı ölkədə yaşayacaqsınız", - Belarusiya prezidenti deyib.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib