Dərc edilib: 29-06-2020

https://www.nuh.az/24827-.html

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi

29.06.2020 22:32:49

LIVE

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.
"report"   xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. 
Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. 
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib