Dərc edilib: 30-06-2020

https://www.nuh.az/24829-.html

Bunu Azərbaycan üçün edin! - BMT rəsmisindən müraciət

30.06.2020 10:04:47

Cəmiyyət

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı videomüraciət ünvanlayıb.

HİT.Az müraciətin mətnini təqdim edir:

“Azərbaycan üçün et”

Əziz dostlar,

Təəssüf ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. Azərbaycanda da yoluxanların sayı artır. Təəssüf ki, ölənlərin də. Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik.

Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm:

-Fiziki məsafə saxlayın;-Əllərinizi tez-tez yuyun;-Tələb olunan yerlərdə maska taxın; onlardan düzgün istifadə edin;-Zərurət yaranmadıqca evdən çıxmayın; -Hökumətin tələblərinə riayət edin.

Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!

Təşəkkür edirəm!"

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib