Dərc edilib: 30-06-2020

https://www.nuh.az/24840-.html

Ermənistan Azərbaycanlıları Birliyi

30.06.2020 23:52:40

Cəmiyyət

Ermənistan azərbaycanlıları xüsusi taleyi olan bir azərbaycanlı birliyidir.


Bu azərbaycanlı birlyinin dünyada analoqu yoxdur.
Elə bilirəm, qanı qanımızdan, canı canımızdın, soyu soyumuzdan olan bu azərbaycanlı biriliyni biz öz içərimizdə əritməməliyik və ermənistan azərbaycanlılarının özləri də buna getməməlidir.
Elə bilirəm olmazın əzablara düçar olmuş Ermənistan Azərbaycanlıları Birliyinin öz müstəqil siyasəti olmalıdır
Və bu siyasətin araşdırdığı predmet təkcə
1) Ermənistan Respublikası ilə bağlı olmamalıdır.
Bu siyasətdə həm də
2) Azərbaycan Respublikasına,

3) Türkiyə Respublikasına yer ayırılmalıdır.


Çünki Ermanstan Azərbaycanlıları Birliyinin facəsində təkcə Ermənistan Respublikası deyil, həm də tarixi qərarları ilə Azərbaycan Respublikası və Türkiyə Respublikası məsuliyyət daşıyır.
Beləliklə Ermənistan Azərbaycanlıları Birliyi öz mənafeyləri uğurda mübarizəni hər üç DÖVLƏT - həm Ermənistan Respublikası, həm Azərbaycan Respublikası, həm də Türkiyə Respublikası qarşısında qaldırmaqla  BEYNƏLXALQ ALƏMƏ çıxmalıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib