Dərc edilib: 01-07-2020

https://www.nuh.az/24851-.html

İdman etmədən 150 kilo arıqlayan adam sirrini açıqdı

01.07.2020 19:40:48

Maraqlı

ABŞ-ın Florida ştatında yaşayan Zak Mur adlı şəxs idmanla məşğul olmadan və həyətində becərdiyi göyərtilərlə bəslənərək 150 kilo arıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bir vaxtlar çəkisi 227 kiloqram olan 39 yaşlı Zak arıqlamağının sirrini açıqlayıb. O, bildirib ki, əvvəllər yalnız hazır qidalarla qidalanır, səhər yeməyində 3-4 yumurtalı sendviç, günorta pizza, axşam sosiskalı sendviç, hamburger və kartof qızartması yeyir, hər gün 3-4  ədəd 2 litrlik kola içirdi. 2013-cü ildə qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirildikdən sonra həyatı tamam dəyişib.
"Xəstəxanada öləcəyimi düşünmüşdüm. Hətta həyat yoldaşıma və oğluma vida məktubu yazdım. Piylənmənin öldürdünü bilirdim və oğlumun məzarımı ziyatər etməyini istəmirdim. Sadəcə daha yaxşı bir ata olmaq istəyirdim. Onunla nə oyun oynaya bilir, nə də ona bir şeylər öyrədə bilirdim. Qorxunc vəziyyətdəydim", - deyə o, bildirib.
Mur xəstəxanada 20 kiloqram arıqlayıb. Daha sonra yediklərini nəzərdən keçirərək, ətdən və karbohidratdan imtina edib. Bir il ərzində çəkisi 177 kiloqrama düşüb. Daha sonra ağır keçən və 7 saatlıq mədə əməliyyatı etdirib. Beləliklə 77 kiloqram da arıqlayan Mur fermerliklə məşğul olmağa qərar verib. Və toyuq, ördək, hinduşka, at və keçi bəsləməyə başlayıb. Həyətində əkdiyi göyərtilərlə qidalanan Mur şəkər, lobya, buğda tərkibli məhsullardan imtina edib.
Beləliklə, bir vaxtlar 227 kilo olan Mur güclü pəhriz sayəsində tam arıqlamağa nail olub.
  
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib