Dərc edilib: 01-07-2020

https://www.nuh.az/24852-.html

Qurban bayramında 4 gün iş olmayacaq

01.07.2020 22:42:24

Mədəniyyət

Qurban bayramında 4 gün iş olmayacaq.


"Qafqazinfo"nun məlumatına görə, bu il Qurban bayramı 31 iyul və 1 avqusta təsadüf edir.

Bu, Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamında öz əksini tapıb.

Lakin 1 avqust şənbə gününə təsadüf edir. Belə olan halda isə, Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi isə qeyri-iş günü olacaq.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib