Dərc edilib: 01-07-2020

https://www.nuh.az/24853-.html

Belarus səfiri sirrləri açdı: “Rusiya 2019-da bizə təklif etdi ki...” DÜNYA

01.07.2020 23:28:39

Region

2019-cu ildə Rusiya Minsk hakimiyyətinə səlahiyyətlərinin 95%-dən imtina etməyi təklif edib.

 

Qaynarinfo BELTA-ya istinadla xəbər verir ki, bu sözləri Belarusiyanın Rusiyadakı səfiri Vladimir Semaşko respublikanın Müstəqillik Günü münasibətilə keçirilən onlayn mətbuat konfransında jurnalistlərə deyib. Semaşko İttifaq Dövlətinin yaradılması zamanı səlahiyyətlərin təhvil verilməsinin "məqbul" sərhədlər daxilində baş verməli olduğunu vurğulayıb. "2019-cu ildə Soçi təklifini "əllər yuxarı" əmri kimi izah etmək olar”, - bu müqavilə ilə bağlı prezident Aleksandr Lukaşenko ilə də müzakirə aparmış səfir deyib. "Mən epitetləri daha da davam etdirmək fikrində deyiləm: müqavilədə hər şeyi yuxarı təhvil vermək məsələsi vardı, məncə, orda "bizdə milis, sizdə polis” və sair kimi bir neçə məqam qalmışdı. Ancaq bu cür ola bilməzdi”, - Semaşko bildirib və Avropa İttifaqını nümunə kimi göstərib, orada dövlət səlahiyyətlərinin yalnız 18%-nin milli səviyyəyə verildiyi, 13 fevral 2019-cu ildə təklif olunan sənəddə isə funksiyaların 95%-ni təhvil verilməsinin təklif edildiyini xatırladıb. Semaşko İttifaq Dövlətinin yaradılmasında bərabərliyi vacib hesab etdiyini bildirib. Bu, ilk növbədə emissiya mərkəzinə aiddir. Tərəflərin heç birinin maraqlarına xələl gətirməmək üçün qərarlar konsensus yolu ilə qəbul edilməlidir. Siyasətçi vurğulayıb ki, məsələyə çox diqqətlə yanaşmaq lazımdır, çünki nə Rusiyada, nə də Belarusiyada suverenliyi itirmək istəmirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib