Dərc edilib: 02-07-2020

https://www.nuh.az/24864-.html

350 fil müəmmalı şəkildə öldü (FOTO)

02.07.2020 15:01:47

LIVE

 

Afrikanın cənubunda yerləşən Botsvanada son 2 ay ərzində 350 fil müəmmalı şəkildə ölüb.

Qaynarinfo xəbər verir ki, hökumət məsələ ilə bağlı araşdırmalara başlayıb. Lakin fillərin ölüm səbəbi ilə əlaqdar hələ rəsmi açıqlama verilməyib.

Mütəxəssislər onların nevroloji bir xəstəlik səbəbindən öldüyünü ehtimal edirlər. Çünki ölmüş heyvanların dişlərinin yerində olması ovçuların ovlamış ola biləcəyi ehtimalını azaldır.

Həmçinin ovçular bu bölgədə su mənbələrini zəhərləyərək də fil ovlayırlar. Buna görə zəhərlənmə ehtimalı da araşdırılır.

Qeyd edək ki, Botsvana fillərin sayına görə Afrikada üçüncü böyük ölkədir.

    

 

  

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib