Dərc edilib: 03-07-2020

https://www.nuh.az/24873-.html

Lukaşenko: “Ruslar və ukraynalılar bizə həsəd aparırlar...”

03.07.2020 10:52:30

Region

Rusiya və Ukrayna vətəndaşları təhlükəsiz və sakit bir ölkədə yaşayan belaruslara həsəd aparırlar. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko respublikanın Müstəqillik Gününə həsr olunmuş təntənəli yığıncaqda çıxışı zamanı səsləndirib.
"Əsas odur ki, biz müharibənin qarşısını aldıq və hər kəsin körpəsi olan təhlükəsiz və sakit bir ölkədə yaşayırıq", - prezident deyib və əlavə edib ki, başqa ölkələrdən olan insanlar onlara həsəd aparırlar: ruslar və ukraynalılar.
Lukaşenko xatırladıb ki, yaxın vaxtlarda Belarusiyada prezident seçkiləri keçiriləcək. Lakin onun fikrincə, vətəndaşlar təkcə prezidenti yox, ölkənin gələcəyini də seçəcəklər. "Mən artıq bəs qədər işləmişəm, bu prezidentlik payımdan da doymuşam", - o deyib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib