Dərc edilib: 04-07-2020

https://www.nuh.az/24880-.html

Bakıdan rayonlara yenidən axın başladı - Foto

04.07.2020 09:49:36

Reportaj

Karantin rejiminin uzadılması, metronun və həftəsonları ictimai nəqliyyatın bağlanması qərarından sonra Bakıdan rayonlara yenidən axın başlayıb. 


 musavat.com  xəbər verir ki, bu gecə Bakıdan çıxışda böyük tıxac yaranıb.

Xeyli sayda insan Bakıdan çıxaraq rayonlara getmək istəyib. Bu səbəbdən də Bakıdan çıxışda əsas nəzarət postu olan Ələtdə böyük tıxac yaranıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında rayon qeydiyyatı olan, amma Bakıda işləyənlərin paytaxtdan çıxışına məhdudiyyət tətbiq ediləcəyini bildirmişdi.  Bu da əsasən məzuniyyətə çıxıb bölgələrə getmək istəyənlərə şamil edilir. 

 


  

NUH informasiya agentliyi səhifəsindən çap edilib