Dərc edilib: 04-07-2020

https://www.nuh.az/24883-.html

Yeni xarici işlər nazirmiz kimdir ?

04.07.2020 16:14:00

Hadisə

Dünən    Dövlət Təhlükəsizlik Xidmətinin  Xarici İşlər Nazirliyində keçirdiyi məlum əməliyyat nazir  Elmar Məmmədyarovun karyerasını bitirdi. 


Cənab   Məmmədyarovun yaxın zamanda  vəzifəsi  ilə vidalasacaği  bəllidir. Bəs yeni nazir kim olacaq ?  

 

NUH.az-a daxil olan məlumata gorə    X İ N-in  yeni rəhbəri  Oqtay Şahabazov olacaq. Kimdir  Oqtay Şahabazov   ?   


 

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.


1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olmuşdur.

12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib. İngilis, alman və rus dillərini bilir.

Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər mudiri Oqtay Şahbazovun oğludur.

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib