Dərc edilib: 04-07-2020

https://www.nuh.az/24886-.html

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz missiyasına zidd fəaliyyəti

04.07.2020 22:06:39

İqtisadiyyat

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

 

  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
öz missiyasına zidd fəaliyyət göstərir


“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun
“Əsas anlayışlar” adlanan 1-ci maddəsinin 1.1.10-cu bəndində qeyd edilir ki:


“məşğulluq-Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxaslərin (bundan sonra-şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti”dir. Həmin Qanunun “İşaxtaran və  işsiz şəxslərin  qeydiyyatına dair ümumi müddəalar” adlanan  5-ci maddəsinin 5.12.3-cü bəndində isə qeyd edilir ki: “ ali və orta ixtisas müəssisələrində əyani təhsil alanlar” bu Qanunun 4-cü maddəsinə görə məşğul şəxslər hesab edildiyindən  işsiz şəxs kimi qeydə alına bilməzlər. Məhz bunu əsas götürən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günkü açıqlamasında ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanların müavinət təyin edilməyən səxslərə aid olduğunu bəyan edib. ƏƏSM Nazirliyi hələ də aydınlaşdıra bilmir ki: a) təhsil almağın qazanc (gəlir) gətirən fəaliyyət kimi tövsir edilməsi yanlışdır; b) ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanların heç də hamısı təqaüd almır. Bu Nazirliyin “Məşğulluq haqqında” Qanunda olan bu və digər boşluqları aradan qaldırmaq əvəzinə, öz missiyasının əksinə olaraq, vətəndaşın mənafeyinə zidd mövqe tutması təəssüf doğurur. Atalar yaxşı deyib: ” çörəyi çörəkçiyə ver, birini də artıq”.


04.07.2020

NUH informasiya agentliyi səhifəsindən çap edilib