Dərc edilib: 05-07-2020

https://www.nuh.az/24895-.html

Zabrat camaatı su istəyir

05.07.2020 16:07:43

İqtisadiyyat

Tanımış  ziyalı  susuzluqdan yazır

 

 

Məlumat üçün bildirirəm ki, 1-ci Zabrat qəsəbəsində Neftçilər küçəsində yaşayırıq.

 

Hər yay olduğu kimi bu ilin yayı da bizi su problemi ilə üz-üzə qoyub. Arada öz hesabımıza maşınla su ehtiyatını qismən təmin etməyə çalışsaq da bu, bir həftəyə yetərli olub. Bir aydır ki, məcbur olub su xətti daha dərinlikdə olan qonşudan minimum  istifadə üçün yararlanmağa çalışırıq. Qeyd edim ki, bir aydır yaxınlıqdan keçən borunun partlamasından sonra, gecələr az da olsa gələn, su üzünə həsrət qalmışıq.

 

0Sabunçu rayonu su idarəsinə olunan müraciətlər sanki boş qalmış su quyusuna düşüb, xəbər-ətər çıxmayıb. Əlacsız qalıb Azərsu Qaynar xəttinə müraciət edərək maşınla su almaq arzumuz da gözümüzdə qalıb. Qaynar xətdən müraciətimizin gün ərzində həll olunacağını söz versələr də nəticə müsbət olmayıb. Operator qızların “şikayətinizi və xahişinizi məsul şəxsə çatdırarıq” cavabından da hələ ki, soraq yoxdur. Sabunçu rayonunda nəinki İcra Hakimiyyətində, nə qəsəbə nümayəndəliyində, nə də bələdiyyədə telefonlara cavab verən tapılmır. Əhalisinin təxminən yarısı kənd sakinlərindən ibarət olan bu rayonun qara günləri 2012 ci ildə İcra başçısı təyin olunan Adil Vəliyevin gəlişindən sonra başlayıb. İnanın ki, bu gün həyətimdə bir daşı daş üstünə qoysaydım İcra hakimiyyəti yetkililəri dərhal başımın üstünü kəsdirib mənimlə “centlmen söhbətlər” aparacaqdılar. Dövlət başçısı çıxışlarında tez-tez İcra başçılarının, məmurların əhali ilə diqqətlə davranmasını, onların gündəlik qayğılarına diqqətlə yanaşmasını tövsiyyə etsə də, bunu Sabunçu rayonunun nümunəsində görmürük. Pandemiyanın tüğyan etdiyi bu həssas dönəmdə bu cür yarıtmazlıq, bu cür sobatajlıq dövlətə xəyanət, prezidentin sosial proqramlarına xəyanət kimi dəyərləndirilməlidir. Ümid edirik ki, bu müraciətdən sinra, aidiyyəti qurumlar, ən azından, insani pinsiplik göstərib 1-ci Zabrat qəsəbəsi, Neftçilər küçəsində həyatı vacib olan su probleminin aradan qaldırılmasına çalışacaqlar.

 

Hörmətlə:       İlqar İsayev

Tel: +994 50 315 78 31

NUH informasiya agentliyi səhifəsindən çap edilib