Dərc edilib: 05-07-2020

https://www.nuh.az/24897-.html

Polis “Fairmont Baku”da əməliyyat keçirdi: Saxlanılanlar var

05.07.2020 18:06:49

Maraqlı

Polisin keçirdiyi əməliyyat nəticəsində "Fairmont Baku" oteldə 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. 

Qafqazinfo   xəbər verir ki, hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.
 
17.00
"Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirir.
Qaynarinfo-nun xəbərinə görə, hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir.
Hazırda əməliyyat davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə "Fairmont Baku" hotelinin müştəriləri karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib