Dərc edilib: 05-07-2020

https://www.nuh.az/24899-.html

X İ N rəhbəri olmağa real namizədlərdən biri - Fərid Şəfiyev

05.07.2020 19:56:09

Günün sitatı

 Dövlət Təhlükəsizlik Xidmətinin  Xarici İşlər Nazirliyində keçirdiyi məlum əməliyyat nazirliyin, eyni  zamanda nazir  Elmar Məmmədyarovun olub-qalan  imicini  bitirdi. 

 

Cənab   Məmmədyarovun yaxın zamanda  vəzifəsi  ilə vidalasacaği  bəllidir. Yeni nazirin  kim olacağı ciddi müzakirə  olunur. 

NUH.az-a daxil olan məlumata gorə    X İ N-in  yeni rəhbəri  olmağa  real  namizədlərdən biri də  Fərid Şəfiyevdir. 

Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur .

1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.

2002-2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.

 

1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləmişdir .

 

1998-2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışmışdır .

 

22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir .

 

2009 - 2014-cü  illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladı və səlahiyyətli səfiri olub.

 

26 may 2011-ci ildən  9 iyul 2014-cü ilədək Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur.

 

  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi  İdarə Heyətinin sədridir  

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib