Dərc edilib: 06-07-2020

https://www.nuh.az/24909-.html

Mirşahin Ağayev və ailəsi koronavirusa YOLUXDU

06.07.2020 12:40:46

LIVE

“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus  (COVID-19) infeksiyasına yoluxub.

 

Modern.az xəbər verir ki, 3 gün əvvəl virusa yoluxan M.Ağayev "Yeni Klinika"ya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxs olduğu bildirilir.

 

Məlumata görə, M. Ağayevin ailə üzvlərindən də koronavirusa yoluxma faktı aşkarlanıb. Onun ailə üzvləri nəzarətə götürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib