Dərc edilib: 07-07-2020

https://www.nuh.az/24923-.html

Nazarbayevin “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində...

07.07.2020 14:15:47

İdman

Türk Dünyasının ağsaqqalı Nursultan Nazarbayevin 80 illik yubileyi tamam olub. Nursultan Nazarbayev dünyada və türkdilli ölkələrdə böyük nüfuza malik olan şəxsiyyətdir. Bir çox türkdilli beynəlxalq təşkilatlarının formalaşmasında onun danılmaz xidmətləri vardır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Sammitində, Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib, o, həmçinin  “Türk Dünyasının Ali Ordeni”nə layiq görülüb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikasının Birinci prezidenti, Elbaşı Nursultan Nazarbayevin 80 illiyi münasibəti ilə “Zaman və düşüncələr” kitabı çapa hazırlanır.

Modern.az xəbər verir ki, nəşrdə Nursultan Nazarbayevin müxtəlif tədbir və konfranslardakı çıxışlarında, məqalələrində və müxtəlif illərdə çap olunan kitablarında yer almış fikirləri və düşüncələri toplanıb. Fərqli mövzuları əhatə edən fikirlərində o, dövlət xadimi və siyasətçi kimi, fəlsəfi görüşlərini ortaya qoyaraq, geniş panoramda Qazaxıstanın tarixi və müasir portretini yaradıb.

Nursultan Nazarbayevin “Tuğan elim- Tiregim” (2001), “Özümün bilgilərim” (2003), “Düşüncələrimi xalqımla bölüşürəm” (2007) kitabları da oxucular tərəfindən geniş maraqla qarşılanıb. “Zaman və düşüncələr” kitabı da həmin əsərlərin məntiqi davamıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib