Dərc edilib: 07-07-2020

https://www.nuh.az/24924-.html

Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu (FOTO)

07.07.2020 16:17:57

Reportaj

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA   xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirli 2 piyada qadını vurub. 
Hər iki qadın hadisə yerində ölüb.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib