Dərc edilib: 08-07-2020

https://www.nuh.az/24938-.html

Orkestr rəhbərinin evindəki əməliyyatın VIDEO-su

08.07.2020 20:27:24

Maraqlı

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirov həbs edilib. 


"Qafqazinfo" xəbər verir ki, Baş Prokurorluq  orkestr rəhbərinin ifşa edilməsi ilə bağlı əməliyyatının videogörüntülərini yayıb. 

Xatırladaq ki, qanunsuz əməllərə görə Lütfi Qədirova Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib