Dərc edilib: 08-07-2020

https://www.nuh.az/24939-.html

MEHDİ HÜSEYNZADƏ YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ

08.07.2020 20:51:51

Cəmiyyət

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.


Mehdi Hüseynzadə 19.05.1976-cı ildə Qərbi Azırbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndində doğulmuşdur. 

Mehdi Hüseynzadə 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 1997-1999-cu illərdə isə magistr dərəcələrində fərqlənmə diplomları ilə bitirmişdir.

1999-cu ildə   Bakı Dövlət Universitetinin təqdimatına əsasən, prokurorluq orqanlarına xidmətə qəbul edilmişdir.

1999-2010-cu illərdə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə:  Tərtər hərbi prokurorluğunun böyük müstəntiqi, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi və böyük müstəntiqi vəzifələrində xidmət etmişdir. 2010-2013-cü illərdə Tərtər hərbi prokuroru olmuş, 2013-cü ildən indiyədək isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi vəzifəsində işləmişdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib