Dərc edilib: 10-07-2020

https://www.nuh.az/24954-.html

Nazir deputatın oğlunu polis rəisi təyin etdi

10.07.2020 10:15:51

Cəmiyyət

Daxili işlər orqanlarında kadr dəyişiklikləri davam edir.

 

Unikal.org   xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik Əli İbrahimov vəzifəsindən azad olunaraq Xəzər rayon Polis İdarəsinin rəisi təyin olunub. 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəisi, polkovnik  İsfəndiyar Mehbalıyev isə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib