Dərc edilib: 10-07-2020

https://www.nuh.az/24968-.html

XİN-nin “qara qutusu” Lamiyə Canəhmədovanın səs yazısı

10.07.2020 21:58:08

Region

Sosial şəbəkələrdə yayılmış səs yazısından məlum olur ki, Lamiyə Canəhmədova həqiqətən də hər diplomatdan 250 manat yığılmasını tələb edib...


XİN-nin “qara qutusu” Lamiyə Canəhmədovanın istintaqa verdiyi ilkin ifadələrdən sonra nazirliyin digər iki rəsmisinin – ABŞ ölkələri üzrə idarənin rəisi Anar Canəhmədovun və Avropa üzrə kurator Elxan Azayevin işdən çıxarıldığı xəbər verilir.

Ovqat.com-un məlumatına görə, hər iki idarə rəisinin həbsi gözlənilir.
Lamiyə Canəhmədovanın həyat yoldaşı olan Anar Canəhmədovun lobbiçilik fəaliyyəti üçün ayrılan vəsaitlərini mənimsəməsi barədə iddia var. Bu iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyi DTX-nın araşdırmalarından sonra bəlli olacaq. Ən dəhşətlisi odur ki, XİN-nin bütün maliyyə gücünü əlində cəmləşdirən və istədiyi kimi sənədləri saxtalaşdırmaqla milyonlar qazanan Canəhmədovlar cütlüyünün hətta diplomatlardan toplanan koronavirus yardımlarına da göz dikdiyi xəbər verilir. Təsdiqlənməmiş iddialar görə, yığılan vəsaitlərin demək olar böyük qismi fonda yatırılmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib