Dərc edilib: 11-07-2020

https://www.nuh.az/24973-.html

Rusiyada dərslərin başlayacağı tarix açıqlandı

11.07.2020 10:06:57

Dünya

Rusiya təhsil müəssisələrində tədris sentyabrın 1-də başlayacaq.


“Qafqazinfo” xəbər verir ki, bunu “Rossiya 1” kanalının efirində Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova deyib. Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyətin dəyişməsi yeni qayda və tələblərin hazırlanmasına gətirib çıxara bilər.

“Ancaq ən əsası, uşaqlar sentyabrın 1-dən məktəbə gedəcəklər”, - deyə Popova bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib