Dərc edilib: 11-07-2020

https://www.nuh.az/24976-.html

Hansı xidmətinə görə Cahangir Əsgərova “Şərəf” ordeni verildi

11.07.2020 11:22:32

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Cahangir Əsgərovla bağlı sərəncam imzalayıb. 


“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycanda mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cahangir Əsgərovun bu gün 70 yaşı tamam olur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib