Dərc edilib: 11-07-2020

https://www.nuh.az/24978-.html

8 min məhbus azadlığa buraxılacaq

11.07.2020 12:52:08

İdman

Koronavirus pandemiyası səbəbilə ABŞ-ın Kaliforniya ştatındakı həbsxanalardan 8 min məhbus azadlığa buraxılacaq.


"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, Kaliforniya ştatının rəsmiləri, COVID-19-un yayılmasını yavaşlatmaq üçün ştat həbsxanalarından 8000 məhbusun azad ediləcəyini açıqlayıb. Qərar ştatdakı bir çox həbsxanada infeksiyanın geniş yayılmasından sonra verilib.

Səlahiyyətlilər məhbusların avqust ayının sonuna qədər sərbəst buraxılacağını bildirib. Sərbəst buraxma qərarının Kaliforniya həbsxanalarında məhbus sayının azaldılması, sosial məsafələr sahəsini artırılması və karantinlər üçün daha çox yer yaradılması məqsədi ilə verildiyi açıqlanıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib