Dərc edilib: 11-07-2020

https://www.nuh.az/24984-.html

Bu gün Srebrenitsada müsəlman qətliamından 25 il ötür

11.07.2020 20:25:29

LIVE

Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktı.


Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmamışdır.
Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.
Serbiya parlamenti 2010-cu ildə qətnamə qəbul edərək, bosniyalı serblərin ordusunun 15 il əvvəl Srebneritsada törətdiyi qətliama görə bölgənin müsəlman xalqından üzr istəyib.
Günahsız qurbanları sükutla yad edək. Biz etməsək, bizim Xocalı faciəmizi də etməzlər. faciələr insanları, xalqları yaxınlaşdırır

 

Senan Najafov adlı şəxsin şəkli.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib