Dərc edilib: 12-07-2020

https://www.nuh.az/25000-.html

Kürdəmirdə ata oğlunu qətlə yetirdi

12.07.2020 17:01:30

Kriminal

Kürdəmirdə qətl hadisəsi törədilib.

 

  "Report"   xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb. Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib