Dərc edilib: 12-07-2020

https://www.nuh.az/25001-.html

Ermənilər artilleriya ilə hücuma keçdi, CƏBHƏDƏ DÖYÜŞ gedir - İTKİLƏR var

12.07.2020 17:15:19

Cəmiyyət

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib