Dərc edilib: 12-07-2020

https://www.nuh.az/25003-.html

Neftçalada duzlu su balıqları kütləvi məhv etdi

12.07.2020 18:06:09

LIVE

Neftçala rayonunda balıqlar kütləvi surətdə qırılır.

Pravda.az-ın xəbərinə görə, bu barədə siyasi fəal Samir Əsədli məlumat verib.
S.Əsədli bildirib ki, vətəgələr su ilə təmin edilmir: "Məmur məsuliyyətsizliyi balıqçıları duzlu suya da möhtac edib. Nəticədə balıqlar qırılır...”.
Sosial şəbəkədə digər Neftçala sakinləri də bildiriblər ki, rayon rəhbərliyi susuzluq problemi ilə maraqlanmır, insanlar çarəsiz qalıb.
Qeyd: Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, martın 5-də bu vəzifəyə təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib