Dərc edilib: 13-07-2020

https://www.nuh.az/25017-.html

Yol polisi təqib etdiyi şəxslə mübahisə etdi-VİDEO

13.07.2020 10:45:13

Maraqlı

Azərbaycanda sovet dövründən bəri sürücünün təqib edilməsi ilə bağlı qaydalarda heç bir dəyişiklik olmayıb. Əksinə, son zamanlar bir neçə qanun korrektə olunub.

 
Polis ancaq istisna hallarda sürücünü təqib edə bilər. Adi zamanda isə təqib yolverilməzdir. "Polis haqqında" qanunun 20-ci maddəsinə görə, iki halda yol polisləri maşını təqib edə bilər. Yol polisi o zaman sürücünü təqib edə bilər ki, sürücünün özü və ya maşında olan hər hansı bir sərnişin cinayət törəmiş olsun. Polisin sürücü və ya sürücünün yanında əyləşən sərnişinin cinayət törətməyə getdiyi haqda dəqiq məlumatı olarsa, bu zaman da avtomobili təqib edə bilər. "Yol hərəkəti haqqında" Qanunda bu müddəalar bir qədər dəqiqləşdirilərək qeyd olunur ki, nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda təqib oluna bilər. Digər hallarda isə yol polisi sürücüləri təqib edə bilməz".
Azerinfo.tv-yə verilən məlumatda bildirilir ki, Ağdaşda “99-YP-199” Dövlət nömrə nişanlı Yol Patrul Xidməti maşını vətəndaş İlkin Allahverdiyevin idarə etdiyi avtomoibili düz yaşadığı evin darvazasına kimi qovub.
Videodan göründüyü kimi YPX maşınında olan polislərlə vətəndaş arasında mübahisə baş verir. Əgər sürücü həqiqətən içkili olubsa, tabe olmurdusa onu post-patrul çağırıb məcburi tibbi yoxlanışa aparmaq lazım idi. Yox əgər polis bu formada avtomobili çöndərib,çıxıb gedirsə demək elə şikayətçi haqlıdır.
Məsələ ilə bağlı videoda olan yol polislərindən birinə zəng edib məsələyə münasibət öyrənmək istədikdə dedi ki, rəhbərlik bilir. Münasibət bildiriləcək. Ancaq kimsə redaksiya ilə əlaqə saxlamadı.
Mövzunu davam etdirəcəyik.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib