Dərc edilib: 14-07-2020

https://www.nuh.az/25026-.html

SON DƏQİQƏ: Ermənistan-Azərbaycan sərhədində gecə döyüşləri başladı

14.07.2020 00:31:19

Günün sitatı

Ermənistan silahlı qüvvələri bu dəqiqələrdə Tovuz rayonun Ağdam kəndi yaxınlığındakı mövqeylərindən silahlı qüvvələrimizin mövqeylərini atəşə tutmağa başlayıb.

 

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hazırda iri çaplı silahlardan və artileriya qurğularından silahlı qüvvələrimizin mövqeyləri atəşə tutulur.

Son məlumatlara görə, erməni təxribatının qarşısının alınması istiqamətində silahlı qüvvələrimizin hərbiçiləri tərəfindən cavab zərbəsi endirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib