Dərc edilib: 14-07-2020

https://www.nuh.az/25035-.html

Polkovnik İlqar Mirzəyev və 5 HƏRBİÇİ ŞƏHİD OLDU

14.07.2020 13:45:30

LIVE

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev qəhrəmancasına şəhid olub",

 

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

 

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıdaları çəkilən hərbi qulluqçuları da şəhid olub:

 

1) Mayor Əhmədov Namiq Hajan oğlu


2) Mayor Novruzov Anar Gülverdi oğlu  


3) Gizir Zeynallı ilqar Ayaz oğlu


4) Gizin Babayev Yaşar Vasif oğlu 


5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

NUH informasiya agentliyi səhifəsindən çap edilib