Dərc edilib: 14-07-2020

https://www.nuh.az/25041-.html

Ermənilərin PUA-sı vuruldu, döyüş heyəti məhv edildi

14.07.2020 16:26:51

İdman

“Düşmənə məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib”.

 

NUH.az   xəbər verir ki, bunu, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

 

O bildirib ki, bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib: “Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu, dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır. Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur".

NUH informasiya agentliyi səhifəsindən çap edilib