Dərc edilib: 14-07-2020

https://www.nuh.az/25042-.html

“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat

14.07.2020 17:31:56

Kriminal

“Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsə yeni direktor təyin olunub. 

 


NUH.az   xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib. 

 

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib