Dərc edilib: 16-07-2020

https://www.nuh.az/25059-.html

Türkiyədə kəşfiyyatçı təyyarəsi qəzaya uğradı, 7 nəfər həlak oldu

16.07.2020 10:11:09

LIVE

Türkiyənin şərqindəki Van əyalətində təhlükəsizlik xidmətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

 

Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

 

Qəzanın yerli vaxtla saat 03:00 radələrində baş verdiyi deyilir.

Təyyarə kəşfiyyat və müşahidə missiyası həyata keçirirmiş. Ölənlər arasında iki pilot da var.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib