Dərc edilib: 17-07-2020

https://www.nuh.az/25082-.html

Sabiq nazir Ceyhun Bayramov haqqında: “Milli adamdır, anadan diplomat doğulub ” ))

17.07.2020 18:34:58

İqtisadiyyat

“Ceyhun Bayramovu çoxdan tanıyıram. O, sanki anadangəlmə diplomat kimi doğulub. Rusiya Federasiyasının birinci naziri Andrey Kozırovın dediyinə görə əsl diplomat olmaq üçün gərək anadangəlmə diplomat doğulasan. Atan, baban da diplomat olsun. Onun özünü cəmiyyətdə aparması, savadı, dialekti,  beynəlxalq təşkilatlarla iş təcrübəsi belə fikir yaradır ki, o, Xarici İşlər Nazirliyinin qarşısında duran məsələləri həll edəcək. Həmçinin, Ceyhun Bayramov milli adamdır. Hesab edirəm ki, milli adam olaraq da xarici diplomatiya sistemində öz sözünü deyəcək və nazirliyin daha yaxşı imic alması üçün əlindən gələni edəcək”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında sabiq maliyyə naziri, professor, BMT-nin sülh səfiri Əvəz Ələkbərov Ceyhun Bayramovun xarici işlər naziri təyin olunmasına münasibət bildirərkən  deyib.

 

Sabiq nazir Xarici İşlər Nazirliyində işgüzar mühitin yaradılmasının vacibliyini də qeyd edib:

“Düşünürəm ki, yeni nazir kimi Ceyhun Bayramov  təsadüf nəticəsində nazirlik sisteminə, səfirlik və nümayəndəliklərə  düşən insanları aramalı, tapmalıdır ki, onlar o sistemdə qalmasınlar. İşgüzar mühit yaratmalıdır. Düşünürəm ki, nazirlikdə struktur islahatları aparılmalıdır. Nazir müavinlərindən tutmuş aparat işçilərinə qədər bütün xarici ölkələrdə çalışan, səfirlik və nümayəndəliklərin işi təhlil edilməlidir. Həmçinin, büdcə vəsaitlərindən səmərəli istifadə edilməyə də nail olunacaq. Digər bir məsələ ATƏT-in Minsk qrupu ilə bağlıdır. Düşünürəm ki,  Minsk qrupunun  fəaliyyəti ilə də işini, dialoqları aktivləşdirməlidir. Bugünkü vəziyyətdə Minsk qrupu ilə işləməyin lüzumu var, yoxsa, yox?!”

 

“Hesab edirəm ki, Ceyhun Bayramov həm  beynəlxalq diplomatik əlaqələrin təşkilində, həm də ölkədəki idarəetmə sistemində özünün dəst-xəttini yaradacaq və cənab prezidentlə, Baş nazirlə gözəl əlaqələrin qurulmasına nail olacaq”-deyə Əvəz Ələkbərov əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib