Dərc edilib: 17-07-2020

https://www.nuh.az/25083-.html

Prezident Dini Komitənin sədr müavinlərinin sayını artırdı

17.07.2020 18:47:46

Siyasət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnaməyə dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanı ilə komitənin sədr müavinlərinin sayı artırılıb.

 

Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavinlərinin sayı 4 olub.

 

İndiyədək isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 3 müavini var idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib