Dərc edilib: 18-07-2020

https://www.nuh.az/25089-.html

Hüseynqulu Bağırov bəzi mülklərini satışa çıxardı (FOTO)

18.07.2020 10:34:58

Hadisə

Hüseynqulu Bağırov bəzi mülklərini satışa çıxardı (FOTO)

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycandakı mülk və torpaqlarını satışa çıxarıb.

 

NUH.az   xəbər verir ki, bu barədə Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun iddiasına görə, sabiq nazirin satışa çıxardığı əmlak aşağıdakıdır:

 

1. Giləzidə 100 hektar zeytun bağı, möhtəşəm turizm istirahət mərkəzi,

 

2. Xızıda Altıağacda 70 hektar meşə ərazisi, dağın üstündə onlarla kottec;

 

3. Quba-Qəçrəş yolunda Qərb Universitetinin adına 60 hektar torpaq sahəsi, ferma, içərsində 5 hektarı əhatə edən göl, villalar;

 

4. Qəbələ, Oğuz, Qax, Zaqatalada hektarlarla qoz, şabalıd, fındıq bağları;

 

5. Astara İstisu ərazisində möhtəşəm istirahət mərkəzi.

 

Jurnalist qeyd edib ki, Hüseynqulu Bağırovun övladları hazırda xaricdə məskunlaşıblar və Avropa ölkələrində çoxsaylı şirkətlərin və bir neçə otelin sahibidirlər:

"Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə karantindən öncə başlamış yarımçıq məhkəmə prosesi var. Həmin iş üzrə keçmiş nazirin ünvanına ciddi ittihamlar səsləndirilib.

Ehtimal ki, onun Azərbaycandakı sərvətini kütləvi şəkildə satışa çıxarması həmin məhkəmə işi ilə bağlıdır, yaxud bütün biznesini xaricə köçürmək və birdəfəlik köçmək məqsədi güdür".

NUH informasiya agentliyi səhifəsindən çap edilib