Dərc edilib: 18-07-2020

https://www.nuh.az/25091-.html

İcra başçısı da Orduya yazıldı - FOTO

18.07.2020 11:06:23

Kriminal

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulan Göyçay gəncləri, Qarabağ qaziləri, idmançılar bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçiblər.


Axar.az xəbər verir ki, qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı Mehdi Səlimzadə də olub.

Daha sonra könüllülər qarşısında çıxış edən başçı Azərbaycan Ordusunun qüdrətindən, yüksək texniki bazaya, vətənpərvərlik ruhuna, nizam-intizama, qayda-qanuna malik olduğundan danışıb.

Rayon rəhbəri vətəndaşlarımızın bu gün həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirərək, təşəkkürünü çatdırıb.

<img alt="" data-cke-saved-src="/file/articles/2020/07/18/109712.jpg" src="/file/articles/2020/07/18/109712.jpg" style="height:1px;" width:1px"="">

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib