Dərc edilib: 18-07-2020

https://www.nuh.az/25092-.html

Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi - Foto

18.07.2020 11:56:34

Reportaj

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 


Məlumata görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib